“Sülh Şurası yalnız Yaxın Şərqə diqqət yetirərsə, onu dəstəkləyəcək” Starmer

23.01.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Əgər mandatı yalnız Yaxın Şərqə şamil olunacaqsa, Böyük Britaniya Sülh Şurasının işini dəstəkləyəcək”.

525.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Channel 4-ə müsahibəsində deyib.

"İlk növbədə Sülh Şurasının köklərini anlamalıyıq. O, Yaxın Şərq və Qəzzanı idarə etmək üçün bir vasitə kimi ortaya çıxdı. Bu vacibdir. İndi Qəzzada atəşkəs əldə edilib və biz növbəti mərhələyə keçməliyik. Mən Yaxın Şərq üçün bu vacib yolda bizə kömək edəcək strukturların mövcudluğunu dəstəkləyirəm", - Baş nazir bildirib.

22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndəsi Qəzza zolağında sülh razılaşmasının bir hissəsi olaraq yaradılan Sülh Şurasının Nizamnaməsini imzalayıblar.

ABŞ Prezidenti Donald Tramp digər dövlətlərin də təşkilata qoşulduğunu elan edib. Sülh Şurası İsrail və HƏMAS hərəkatı arasında Qəzzanı idarə etmək barədə razılığa uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdəki münaqişələrin qarşısını almaq və həll etmək üçün də çalışacağı gözlənilir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью