Sülh Şurasına indiyədək neçə dünya lideri daxil olub? Ağ Evdən AÇIQLAMA

21.01.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton tərəfindən dəvət edilən təxminən 50 dünya liderindən 35-i ABŞ-ın təşəbbüsü olan Sülh Şurasına qoşulmaq niyyətini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Prezident Donald Trampı Davos səfərində müşayiət edən Birləşmiş Ştatlar administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib.
 

ABŞ liderinin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək təxminən 35 dünya lideri Sülh Şurasına daxil olmaq öhdəliyi götürüb.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Sülh Şurasına daxil olmağa razılıq verən dünya liderləri sırasındadır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью