Icma.az bildirir, Redaktor.az portalına istinadən. "ABŞ-nin Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan yeni Sülh Şurasına Azərbaycanı
Doğrudur, bu məsələ ətrafında beynəlxalq münasibətlər müstəvisində müəyyən fikir ayrılıqları mövcuddur.
Lakin Azərbaycanın məhz Tramp tərəfindən bu quruma dəvət edilməsi, şübhəsiz ki, ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərir və yeni formalaşan beynəlxalq təhlükəsizlik sistemində Azərbaycanın yer alması anlamına gəlir".
Bu fikirləri politoloq Əli Mustafa Redaktor.az-a Donald Trampın Azərbaycanı Sülh Şurasına təsisçi üzv dövlət olmağa dəvət etməsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, belə bir ehtimal da irəli sürülür ki, bu Sülh Şurası zamanla inkişaf edərək BMT-ni əvəz edə bilər.
"Beynəlxalq ekspertlər arasında əsas mübahisə də məhz bu nöqtədə cəmlənir: Trampın məqsədi BMT-ni yeni bir beynəlxalq təşkilatla əvəz etməkdirmi?
Əslində bu ehtimal tamamilə mümkündür və müəyyən qədər məntiqli görünür.
Belə bir halda beynəlxalq təhlükəsizliyin qorunmasına yönəlmiş, yeni təhlükəsizlik arxitekturasında öz yerini tutacaq bir təşkilatda təsisçi üzv dövlət kimi təmsil olunmaq, sözsüz ki, Azərbaycan üçün ciddi üstünlük və avantajdır".