Sülh Şurasının saytı istifadəyə verilib

24.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 24 fevral, AZƏRTAC

Sülh Şurasının saytı istifadəyə verilib. AZƏRTAC-ın məlumatına görə, “boardofpeace.org” ünvanı ilə fəaliyyətə başlayan saytın ilk səhifəsində Azərbaycanla bərabər digər 26 təsisçi üzv dövlətlərin adları qeyd olunub. İlk səhifədə şuranın əsas prinsipləri yer alıb.

Saytda Şuranın Xartiyası, Qəzza sülh planı, sənədlər və keçirilmiş görüşlərə dair məlumatlar yerləşdirilib.

Həmçinin, saytda şuranın və Qəzza İdarə Heyətinin üzvləri ilə tanış olmaq mümkündür.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью