Sülh tərəfdarı çıxdılar

22.05.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə vəziyyətin müharibə ilə deyil, danışıqlar yolu ilə həll olunmasının vacib olduğunu açıqlayıb. 

Ölkə rəsmiləri hesab edirlər ki, ABŞ və İsrail ilə İran arasında yeni hərbi qarşıdurma həm region, həm də dünya üçün ciddi təhlükə yarada bilər.

“Cebheinfo.az” xarici mediaya istinadən məlumatına görə, bu barədə BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Slovakiyada keçirilən GLOBSEC forumunda danışıb. O bildirib ki, bölgənin siyasi həllə ehtiyacı var və yeni müharibə vəziyyəti daha da ağırlaşdıra bilər.

Qarqaşın sözlərinə görə, sülh danışıqları İranı və bütün regionu yeni qarşıdurmadan qoruya bilər. O əlavə edib ki, BƏƏ danışıqlar və diplomatik həll tərəfdarıdır.

Qeyd edək ki, diplomat ABŞ ilə İran arasında problemlərin həll olunması şansını isə təxminən 50 faiz qiymətləndirib.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью