Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sözlərinə görə, İstanbul Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqları üçün əsas diplomatik platforma olmaq yolundadır.
O, Türkiyənin bu prosesdə neytral mövqeyi və vasitəçilik rolu ilə fərqləndiyini bildirib.Xatırladaq ki, Rusiya-Ukrayna danışıqlarının ilk raundu 2024-cü il mayın 16–17-də İstanbulda baş tutub.
Görüşlər Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil olunub və münaqişənin diplomatik yolla həllinə dair ilkin mövqelərin müzakirəsini əhatə edib.Mayın 28-də Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi bəyanatla çıxış edərək Ukrayna tərəfinə danışıqların ikinci raundunun da İstanbulda keçirilməsini təklif edib.
Hazırda Ukrayna tərəfinin bu təklifə münasibəti gözlənilir.Qeyd edək ki, bundan əvvəl – 2022-ci ildə də İstanbul bir neçə dəfə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara ev sahibliyi etmişdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münaqişənin diplomatik həllinə nail olunmasını prioritet məsələ kimi qiymətləndirir.Politoloq Tofiq Abbasov Sherg.az-a deyib ki, tərəflərin məsələyə münasibəti müxtəlif və təzadlıdır:"İndiki şəraitdə Ukrayna ciddi-cəhdlə çalışır ki, ən azından 1 aylıq atəşkəs elan olunsun.
Çünki Kiyev nəfəsini dərmək, o cümlədən öz müttəfiqlərindən silah-sursat baxımından təminat verilməsini istəyir.
Rusiya isə proseslərdə özünəməxsus yol tutur. Kreml çalışır ki, atəşkəs əldə olunmazdan əvvəlki danışıqlarda öz imtiyazlı vəziyyətini möhkəm