Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq. Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur.
Turkustan.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib.
O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri və postmünaqişə dövründəki proseslər barədə Gürcüstan tərəfinə ətraflı məlumat verilib.
“Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin bu istiqamətdə konkret addımların atılması vacibdir.
Təəssüf ki, Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməyib,” – deyə nazir bildirib.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların çıxarılmasının vacibliyini də vurğulayıb.
O, eyni zamanda, artıq əhəmiyyətini itirmiş Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılmasının zəruriliyini qeyd edib.
C.Bayramov əlavə edib ki, görüşdə sərhədlərin delimitasiyası prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsi barədə də ətraflı müzakirələr aparılıb.