Sülh üçün Rusiyaya təzyiq edilməlidir Sibiqa

26.10.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Ukraynaya təzyiq göstərməklə məqsədlərinə nail ola biləcəyinə inandığı müddətcə, ciddi danışıqlara hazır olmayacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

“Məhz buna görə də, müharibəyə son qoymaq üçün Rusiyaya qarşı təzyiqi saxlamaq və artırmaq həlledici əhəmiyyət kəsb edir. Güc vasitəsilə sülh işə yarayan yeganə strategiyadır. Lakin bu güc müdafiə olunan ölkəyə qarşı deyil, təcavüzkara qarşı yönəldilməlidir. Bu müharibəyə Ukraynanın müqavimətini dayandırmaqla son qoymaq mümkün deyil. Ona yalnız təcavüzkarın hücumlarını dayandırmaqla son qoymaq olar”, - Sibiqa bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью