Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə sülh sazişi ilə bağlı verdiyi vaxt başa çatıb.
Tramp Putindən konkret qərar gözlədiyini bildirib və bu qərarın gecikməsi fonunda ABŞ-ın atacağı növbəti addımlar maraqla gözlənilir.
Mümkün ssenarilər arasında Ukraynaya hərbi yardımın genişləndirilməsi, Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqi və ya diplomatik təzyiqlərin artırılması yer alır.
Bu arada, Rusiya prezidenti Vladimir Putin də diqqətçəkən açıqlama verib.
O, Ukrayna prezidenti Volodimir Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bəyan edib.
Bu təklif Qərb dairələrində müxtəlif reaksiyalara səbəb olub və müharibənin gələcək mərhələsi ilə bağlı yeni suallar yaradıb.
Maraqlıdır görəsən, bundan sonra Rusiya-ABŞ münasibətlərində hansı dəyişikliklər baş verə bilər və Tramp hansı addımları ata bilər?