Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “Tramp Ukraynanı təslim edəcək deyə anlayış yoxdur.
Bu yanaşma yanlışdır. Tramp Ukrayna münaqişəsinin bitməsini və orada Amerikanın maraqlarını təmin etmək istəyir.
İlk öncə nəzərə almaq lazımdır ki, Amerikanın Ukraynadakı maraqları nələrdir?”Bu sözləri Demokrat.az-a siyasi ekspert Həşim Səhrablı deyib:“Amerika Rusiyanın Avropaya tam qalib gəlməsini də, Ukrayna torpaqlarının tam şəkildə suverən olmasını da istəmir.
Tramp tam olaraq Amerikanın maraqları üçün çalışır. Ukraynanın da belə olan halda müəyyən mənada maraqları təmin olunacaq.
Əgər Rusiya Trampın şərtlərinə isti baxmasa, Tramp özü də heç bir halda Ukraynanı tək qoymaq istəməyəcək”.Politoloqun sözlərinə görə, Ukraynanın Rusiya mövqelərini vurması çoxdan gözlənilən və labüd olan addım idi:“Bayden adminstrasiyası raketlərin atılmasına sadəcə 1 gün öncə imkan verdi.
Ukrayna əvvəldən bunu planlayırdı. Əgər münaqişədə Rusiyanı geri oturmaq lazımdırsa, ona müharibə acılarını yaşatmaq lazımdır.
Savaşı Rusiya ərazisinə keçirmək və dərinliklərindəki strateji nöqtələri vurmaq lazımdır.
Bugünkü zərbələr yazılan ssenarini həyata keçirmək idi. Bundan sonra Fransa, İngiltərə və Amerikanın öz silahlarının Rusiya daxilindəki nöqt