Sülhə təkcə kağız üzərində nail olunmayıb, o realdır Prezident

11.03.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

İlham Əliyev vurğulayıb ki, Ermənistanla sülh əbədi olaraq bağlanıb:

“Biz 7 ay ərzində xüsusilə ticarətdə nəhəng potensial gördük. Biz sülhə yalnız kağız üzərində nail olmadıq, o realdır. Bəzən sülh sadəcə kağız üzərində qalır. Lakin bizim vəziyyətimiz fərqlidir, fəal irəliləyiş var”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью