Sülhə və təhlükəsizliyə tövhə verən istənilən təşəbbüs alqışa layiqdir Hüquqşünas

27.01.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

“ABŞ Prezidentinin təşəbbüsü ilə yaradılmada olan "Sülh Şurası" (Board of Peace) haqqında fikirlərim müsbətdir. Sülhə və təhlükəsizliyə tövhə verən istənilən təşəbbüs alqışa layiqdir. Azərbaycanın həmin şurada təmsil olunnması da təqdirəlayiqdir. Əminəm ki, Azərbaycan Şuranın passiv üzvlərindən olmayacaq və sülh və təhlükəsizlik prosesinə ciddi dəstək verəcək. Sadəcə beynəlxalq publik hüquq haqqıda az-çox məlumatı olan biri kimi məndə bəzi ilkin qənətlər formalaşıb. Nizamnamədə yazılıb ki, bu beynəlxalq təşkilatdır. Belədə əhatə dairəsinə görə universal beynəlxalq təşkilat demək olar. Amma beynəlxalq təşkiların təsis olunma qaydaları var”.

Bunu 525.az-a açıqlamasında “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. Hüquqşünas bildirib ki, beynəlxalq publik hüququn suyekti sayılan beynəlxalq təşkilatın əsas əlamətləri mövcuddur:

“Beynəlxalq Təşkilatın nizamnamsi (təsis sənədi) olmalıdır və bu təşkilata qoşulan dövlətlərin icra hakimiyyətləri onu imzalamalı və parlamentləri də ratifikasiya etməlidir. Ratifikasiya olunmayan sənəd necə tam qüvvəyə minə bilər? Doğrudur nizamnamənin 11.1 maddəsində göstərilir ki, bu nizamnamə 3 dövlət imzaladıqdan və dövlətlərin daxili qaydalarına uyğun olaraq ratifikasiya oldunduqdan sonra qüvvəyə minir. Bu halda hələ nə ABŞ konqresi, nə də imza edən digər dövlətlərin parlamentləri bu sənədi ratifikasiya etməyib. Amma artıq sədr var. Beynəlxalq Təşkilatın strukturu, daimi orqanları və işçi heyəti və konkret mənzil-qərargahı olmalıdır. Beynəlxalq təşkilata üzv olan dövlətlər həmin təşkilatda bərabər hüquqla iştirak etməlidir. Ən azı onun  ali orqanında (assambleyasında) hər dövlətin bir səsi olmalıdır. Beynəlxalq Təşkilatın ali orqanı onun rəhbər heyətini (icra orqanlarını) formaladırmalıdır. və s. Bunlar baş verməyibsə onu artıq funksional beynəlxaq təşkilat kimi təqdim etmək olmaz”.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью