Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ceyhun Məmmədov: “Tramp Azərbaycan-Ermənistan sülh sazişi məsələsində daha rasional siyasət həyata keçirəcək” Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Ermənistan Nazirlər Kabinetindən bildirilib ki, söhbət zamanı Paşinyan Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və Ermənistan-ABŞ münasibətlərinin hazırkı durumu və son illərdə baş verən proseslərlə bağlı təfərrüatları bölüşüb.
Məlumata görə, söhbət zamanı həmçinin regional gündəmdə olan məsələlərə də toxunulub.
ABŞ-da Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun İrəvana əvvəlki dəstəyi verməyəcəyi barədə proqnozlar var.
Beynəlxalq müşahidəçilər hesab edirlər ki, hakimiyyətə gələn Respublikaçılar Partiyasının gəlişi ilə Ermənistanla bağlı ABŞ siyasətində də dəyişikliklə müşahidə ediləcək.
Məlumdur ki, Demokratlar Partiyasında ermənipərəstlərin sayı daha çoxdur və onların hakimiyyəti zamanı İrəvana münasibət dəstək xarakteri daşıyır.
Belə bir məqamda Ermənistan Baş nazirinin yeni Prezident Donald Trampa zəngi bir çox mətləblərdən xəbər verir.