Sülhməramlıların göndərilməsi üçün detallar müzakirə edilir

15.03.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərb ölkələri Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsinin əməliyyat detallarını müzakirə etməyə davam edir.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmer məlumat verib.

"Biz razılığa gəldik, indi əməliyyat mərhələsinə keçirik", - Starmer bildirib.

Starmer əlavə edib ki, Qərb dövlətlərinin koalisiyası Ukraynanın müdafiəsini gücləndirəcək və lazım gələrsə, onu quruda, suda və havada müdafiə etməyə hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью