Sülhsevərlik və humanizm

19.12.2025

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İndiyədək Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamlarının sayı 70-dən çoxdur. Bunların da əksəriyyəti məhz indiki dövlət başçısının hakimiyyəti dövrünə aiddir. Qürurla deyə bilərik ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək, hansısa səhvi və ya günahı üzündən əzizlərindən ayrı düşmüş insanların ailəsinə, ocağına qovuşmasını təmin etmək kimi humanist addımlar müasir Azərbaycan həqiqətlərinin mühüm tərkib hissələrindən biridir. Həm Ümummilli liderin, həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətli təşəbbüslərinin sayı hər il artır. Həmin təşəbbüslərin – əfv sərəncamı və amnistiya aktlarının icrası zamanı on minlərlə soydaşımız, eləcə də ölkəmizdə həbs edilmiş əcnəbi şəxslər öz azadlıqlarına qovuşublar.
Prezident İlham Əliyev 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisə bir qrup məhkumun azad olunması üçün amnistiya aktını təqdim edib. Budəfəki amnistiya aktının 20 mindən çox məhkuma şamil olunacağı bildirilir. Amnistiya aktı indiyədək qəbul edilən ən böyük layihədir. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev humanist, sülhsevər və olduqca qayğıkeş şəxsiyyətdir.
Fizzə Qarayeva
YAP Yevlax rayon təşkilatının fəalı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью