“Sülh”ü sevməyən “Kəpəz”

24.11.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

XII turda Premyer Liqada ikinci qələbəsini qazanan “Kəpəz” maraqlı statistika ilə diqqət çəkir.

Futbolpress.az-ın məlumatına görə, Gəncə təmsilçisi çempionatda heç-heçə etməyən yeganə komandadır. “Kəpəz” 12 turda 2 qələbə qazanıb, 10 dəfə uduzub.

Oyunlarda 10 qol vuran gəncəlilər 33-nü də buraxıb. “Kəpəz” həm də çempionatda ən çox qol buraxan kollektivdir.

6 xalla turnir cədvəlinin 10-cu sırasında yer alan “sarı-göylər” növbəti turda Yevlax şəhər stadionunda “Zirə”ni qəbul edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью