Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə bir siyasi hadisə deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində yeni bir liderlik modelinin qəbul edildiyini göstərən mühüm mesajdır.
Bu mükafat hərbi qarşıdurmadan sonra dayanıqlı sülh yaratmağı bacaran dövlət iradəsinin və məsuliyyətli siyasi yanaşmanın qlobal miqyasda qiymətləndirilməsidir.Müasir dünyada müharibə qazanmaq artıq təkbaşına siyasi uğur sayılmır.
Əsas məsələ münaqişədən sonrakı mərhələdə yaranan reallığı necə idarə etmək və onu uzunmüddətli sabitliyə çevirmək bacarığıdır.
Azərbaycan məhz bu mərhələdə fərqli yol seçdi. Güc balansına əsaslanan ritorika əvəzinə hüquqa, dialoqa və regional əməkdaşlığa söykənən bir
Bu, qalib dövlətin məsuliyyətli davranışının nümunəsi kimi qəbul edildi.Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan siyasi xətt göstə
Azərbaycan münaqişədən sonra revanşist emosiyalara qapılmadı, qarşı tərəfi siyasi və hüquqi reallıqları qəbul etməyə dəvət etdi.
Bu çağırış tədricən beynəlxalq ictimaiyyət tərəfindən də rasional və ədalətli mövqe kimi dəyərləndirildi.