Suliman Londona gedib

19.12.2024

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sumqayıt”ın müdafiəçisi İsa Suliman İngiltərənin paytaxtı Londona yollanıb.

Zədə üzündən uzun müddətdi görünməyən pakistanlı legioner məhz İngiltərədə bərpa prosesi keçəcək. O, qış toplanışında “kimyaçılar”a qoşulacaq. Ancaq 26 yaşlı müdafiəçinin komandasına nə vaxt kömək edə biləcəyi hələ məlum deyil.
Xatırladaq ki, İsa Türkiyə toplanışında zədələnmişdi. Onun “Sumqayıt”la müqaviləsinin müddəti bu il iyunun 30-na qədər nəzərdə tutulub.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью