Icma.az bildirir, Yeniavaz portalına istinadən. “Beşiktaş” “Mançester Yunayted”in sabiq baş məşqçisi Ole Qunnar Sulşerlə danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər 2026-cı ilə qədər müqavilə üzrə razılığa gəlməyə yaxındırlar.
İnsayder bildirib ki, Sluşer Avropa Liqasında “Atletik”lə baş tutacaq oyundan əvvəl komandaya rəhbərlik edəcək.
Oyun çərşənbə günü, yanvarın 22-də, Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Norveçli mütəxəssis komandanın “Samsunspor”la oyununu isə tribunadan izləyəcək. Bu görüş yanvarın 18-də baş tutacaq.
Qeyd edək bundan əvvəl 51 yaşlı Sulşer “Mançester Yunayted”in baş məşqçisi olub.
Lakin 2021-ci ilin noyabrında o, komanda ilə yollarını ayırıb. Əvvəllər Sulşer “Molde” və “Kardiff Siti” komandalarını da çalışdırıb.