Sulşer İstanbul klubunu çalışdıracaq

17.01.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşer yenidən məşqçi kimi fəaliyyət göstərəcək. 

QOL.az "TRT Spor"a istinadən xəbər verir ki, o, "Beşiktaş"la anlaşıb.

Norveçli mütəxəssisin bu gün İstanbulda olacağı bildirilib. 51 yaşlı məşqçi ilə 1.5 illik müqavilə imzalanacğı gözlənilir.

Qeyd edək ki, 2018-2021-ci illərdə "Mançester Yunayted"i çalışdıran Sulşer "Molde" və "Kardiff"in də baş məşqçisi olub. O, 3 ildir ki, UEFA-da oyun analitiki kimi çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью