Sulşer İstanbul nəhənginin baş məşqçisi olacaq

17.01.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Mançester Yunayted"in sabiq hücumçusu və baş məşqçisi Ule-Qunnar Sulşer İstanbul nəhənginin baş məşqçisi olacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Beşiktaş" rəhbərliyi ilə razılığa gələn noveçli yaxın günlərdə İstanbula yollanaraq rəsmi müqaviləyə qol çəkəcək. Mənbə Sulşerin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalayacağını vurğulayıb.

Xatırladaq ki, 51 yaşlı mütəxəssis 2021-ci ilin noyabrında MY-nin baş məşqçi postunu tərk edəndən bəri işsizdir. O, daha öncə "Molde" və "Kardiff"in də "sükanı arxası"nda olub.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью