Sulşer məğlubiyyətdən dərhal sonra istefaya göndərildi

29.08.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Beşiktaş” baş məşqçisi Ole-Qunnar Sulşerlə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Konfrans Liqasının pley-off mərhələsinin “Lozanna” ilə İstanbulda keçirilən cavab matçındakı məğlubiyyət (0:1) norveçli mütəxəssisin qovulması ilə nəticələnib. Komandalar İsveçrədəki oyunda 1:1 hesablı heç-heçə etmişdi. Bugünkü nəticədən sonra "Beşiktaş" avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, Sulşer bu ilin yanvar ayından "Beşiktaş"ı çalışdırırdı. Komanda onunn rəhbərliyi altında 29 oyunda 15 qələbə qazanıb, 9 dəfə uduzub, 5 dəfə heç-heçə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью