Sulşer üçün İstanbul iddiası

17.01.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Norveçli mütəxəssis Ole-Qunnar Sulşer “Beşiktaş”a rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu mütəxəssisə rəsmi təklif göndərib və tərəflər razılaşmaya yaxındır.

“Beşiktaş” Sulşerlə 1,5 illik müqavilə imzalamaq istəyir.

Norveçli məşqçi daha əvvəl “Molde”, “Kardiff”, “Mançester Yunayted”də işləyib.

“Beşiktaş”a hazırda məşqçi Serdar Topraktepe rəhbərlik edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью