Sultan Süleyman ın gizli biznesi

25.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin tanınmış aktyoru Halid Ergençin 15 ildir  ki, lüks seqment dinamiklərini (bahalı səs cihazı) dizaynı və istehsal etdiyi məlum olub. 

Ergenç dizayn etdiyi cihazların çatdırma və quraşdırılması üçün Hollivud istehsalı “Tom və Cerri” filminin Londondakı platformasında məhsul təmsilçisi kimi iştirak etdiyini təsdiqləyib.

“Cebheinfo.az” xəbər verir ki, Ergençin səs mühəndisliyi və akustik dizayn prinsipinə uyğun istehsal etdiyi cihazlar yüksək səviyyəli lüks audio avadanlıqları bazarında yer alır. Xüsusi sənətkarlıq və yüksək keyfiyyətli materiallarla istehsal olunmuş bu cihazların qiyməti 1500 avrodan başlayaraq modelin texniki özəlliklərinə görə 45 min avroya qədər artır. 

“The Odyofi” adlı “YouTube” kanalında danışan Ergenç “Varner Bros” şirkətinin tələbi ilə Londondakı studiyaya sadəcə məhsulla bağlı nümayəndə olaraq getdiyini deyib. Cihazların  quraşdırmasını da özü həyata keçirdiyini deyən aktyor çəkilişlər zamanı studiyadakılara aktyor olduğunu söyləmədiyini bildirib. 

Səs cihazları istehsalından başqa ticarətlə məşğul olduğunu bilinən Halid Ergenç əvvəllər İngiltərənin paytaxtı Londonda ortaqlarıyla birlikdə bir börəkçi dükanı işlətdiyini açıqlamışdı. 2009-cu ildə aktyor Bergüzar Korellə evlənən aktyorun 3 uşağı var.   

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью