Sum və Xarkovda rusların qarşısını alırıq Zelenski

30.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisində fəallığını qoruyaraq işğalçıların Sum və Xarkov vilayətlərinə daxil olmasının qarşısını alır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Bu gün (ötən gün – red.) baş komandan Aleksandr Sırski ilə cəbhədəki vəziyyət, eləcə də qüvvələrimizin Rusiya ərazisində fəaliyyət göstərdiyi bölgələr barədə danışdım. Biz fəallığımızı qoruyuruq,” – deyə o vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya MN Ukraynanın Sum vilayətinin Veselovka kəndinin ələ keçirildiyini elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью