futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveçin “Malmö” klubu futbolçusu Salifu Sumanı icarəyə verib.
Futbolpress.az xəbər verir ki, vinger “Panetolikos”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Suma 2027-ci ilin yayına kimi Yunanıstan təmsilçisində forma geyinəcək.
22 yaşlı futbolçu 2023-2025-ci illərdə “Zirə”də çıxış edib. O, 2025-ci ilin yayında 1.3 milyon avro qarşılığında “Malmö”yə keçmişdi.
Bu yay Sumanın Azərbaycana qayıdacağı iddia edilsə də, futbolçu Yunanıstana üz tutub.