Şumaxer Mercedeslə yollarını ayırdı

28.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası ehtiyat pilotu Mik Şumaxerlə yollarını ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl ABŞ-nin "Haas" komandasında çıxış edən Mik Şumaxer son iki ildə "Mercedes"də ehtiyat sürücü olub.

Qeyd edək ki, Mik Şumaxer 7 qat dünya çempionu Mixael Şumaxerin oğludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью