Şumaxerə qələbə qazandırmış avtomobil hərraca çıxarıldı

23.04.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Əfsanəvi alman pilot Mixael Şumaxerə qələbə gətirmiş Ferrari F2001 avtomobili ABŞ-də Sotbi hərrac evində satışa çıxarılıb.

Avtosfer.az xəbər verir ki, Şumaxer bu avtomobillə 2001-ci ildə Monako “Grand-Prix”sini qazanıb. O, yarışda Mika Hakkinen və Rubens Bariçello kimi peşəkarları qabaqlaya bilib. 850 at gücündə mühərrik Şumaxerin finiş xəttinə 18 saniyə tez çatmasını təmin edib.

Avtomobil 2017-ci ildə bir kolleksiyaçıya 7,5 milyon dollara satılıb. Bu dəfə isə satışdan 10 milyon dollar əldə etmək planlaşdırılır.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью