Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mixael Şumaxerin "Ferrari F2001" yarış avtomobili "RM Sotheby's" hərracında 18.17 milyon dollara satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Məlumata görə, o, 2001-ci ildə bu avtomobillə "Formula-1" üzrə dünya çempionatında çıxış edib.
Həmin avtomobillə 2001-ci ildə Monako və Macarıstan Qran-prilərini qazanıb və dünya çempionu olub.
Qeyd olunur ki, avtomobil Şumaxerin hərracda satılan ən bahalı bolididir.