Sumıya zərbə endirildi

09.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın Sumı şəhərindəki ticarət-əyləncə mərkəzinə zərbəsi nəticəsində üç nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov öz "Telegram" kanalında məlumat yayıb.

"Təəssüf ki, hazırda Sumıda ticarət-əyləncə mərkəzinin ərazisinə PUA hücumu nəticəsində 3 nəfərin öldüyü məlumdur", – o yazıb.

Qriqorovun məlumatına görə, 2 nəfər yaralanıb.

Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir. Nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью