Sumonun loqosunda nə var?

26.01.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il Bakıda keçiriləcək sumo üzrə dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub.

"Football-plus.az" xəbər verir ki, loqo sumo idman növünün əsas fəlsəfəsini Azərbaycanın milli-mədəni dəyərləri ilə birləşdirən konsepsiya əsasında hazırlanıb. Loqonun mərkəzində yer alan sumo atleti güc və tarazlığın simvolu kimi təqdim olunur. Atlet fiqurunun alov elementi ilə vəhdəti dinamikanı, mübarizə ruhunu və çempionatın yüksək rəqabət səviyyəsini ifadə edir.
Kompozisiyada istifadə olunan nar motivi Azərbaycan mədəniyyətində birlik və bolluğun rəmzi kimi çıxış edir. Dairəvi forma sumo meydanı olan dohyonu, aypara isə milli kimliyi və mədəni mənsubiyyəti əks etdirir.
Təqdim edilən loqo Bakıda keçiriləcək dünya çempionatının həm idman ruhunu, həm də ev sahibi ölkənin zəngin mədəni irsini vizual olaraq ifadə etməyi hədəf götürüb. Xatırladaq ki, çempionat bu il oktyabrın 17-18-də Bakı İdman Sarayında keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью