Sumqayıt 2 legionerini Turan Tovuz a qarşı oynada bilməyəcək AÇIQLAMA

14.03.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasının 27-ci turunda "Turan Tovuz"un qonağı olacaq "Sumqayıt" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Miloş Miloviç sarı vərəqə limiti dolduğu üçün Tovuzdakı matçda oynamayacaq. Zədəli isə İsa Sulimandır".

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" qarşılaşması martın 16-da keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью