Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Sumqayıt” Azərbaycan çempionatında 200-cü məğlubiyyətini alıb.
Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.
Vaqif Cavadovun baş məşqçisi olduğu kollektiv səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb.
“Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da, “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 1:2.
“Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.