Sumqayıt 5 qollu matçda qalib gəlib İdman və Biz

15.01.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, komanda 1-ci Liqas təmsilçisi MOİK-lə qarşılaşıb.

Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan görüşdə Vaqif Cavadovun yetirmələri 3:2 hesablı qələbə qazanıblar. "Sumqayıt"ın qollarını Giorgi Karaişvili, Kamran Quliyev və Rövlan Muradov rəqib qapısından keçirib.

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl "Araz-Naxçıvan"la heç-heçə oynayıb (2:2).

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью