Sumqayıt amerikalı ilə anlaşdı

27.12.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Sumqayıt" heyətini yeni basketbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ABŞ-dən olan oyunqurucusu Eli Lourens heyətə cəlb edilib.

194 sm boya malik basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

24 yaşlı oyunçu karyerasına 2019-cu ildə "Middle Tennessee Blue Raiders" klubunda başlayıb və 2023-cü ilə qədər bu komandada oynayıb.

Onun son klubu "Texas A&M Aggies" klubu olub

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью