Sumqayıt amerikalı oyunçu transfer etdi

23.11.2024

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Sumqayıt" Basketbol Klubu heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Gənclik şəhəri təmsilçisi 25 yaşlı amerikalı oyun qurucusu Zayon Yanqı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karyerasına 2018/19 mövsümündə "Vestern İllinoys" klubunda başlayan basketbolçu daha sonra "Oklend Qolden Qrizzlis" və "Sautern Yuta Tanderbörds" komandalarında çıxış edib.

Zayon son olaraq Gürcüstanın "Raşi Tbilisi" klubunda oynayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью