Sumqayıt Araz Naxçıvan a qarşı neçə futbolçusunu oynada bilməyəcək? AÇIQLAMA

07.04.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində bu gün "Araz-Naxçıvan"ın qonağı olacaq "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovun neçə futbolçunun xidmətindən məhrum olduğu müəyyənləşib.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Cəzalı oyunçumuz yoxdur. Bu mövsüm oynaya bilməyəcəyi öncədən bəlli olan İsa Sulimanı nəzərə almasaq, hazırda yeganə zədəli Georgi Karaişvilidir".  

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşması bu gün, saat 18:00-da start götürəcək.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью