“Sumqayıt” “Araz Naxçıvan”ı qəbul edəcək: Rəqiblərin göstəriciləri bərabərdir

16.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunda ikinci qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” “SOCAR Polymer Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq. Ona yan xətt hakimləri Asiman Əzizli və Zöhrab Abbasov kömək edəcəklər. Murad Səlimov dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR sisteminə Əkbər Əhmədov, AVAR-a isə Rəhman İmami cavabdeh olacaq. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Yavər Rəhimov olacaq.

Komandalar indiyədək Azərbaycan Premyer Liqasında 11 dəfə üz-üzə gəliblər. Bu görüşlərin dördündə “Sumqayıt”, dördündə “Araz-Naxçıvan” qələbə qazanıb. Üç qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də bərabərlik var - 10:10.

Maraqlıdır ki, “Araz-Naxçıvan” rəqibi ilə son dörd görüşün hamısında qol vurub. “Sumqayıt” isə doğma meydanda keçirilən son iki qarşılaşmada qalib gəlib. Tərəflərin son duelində də Sumqayıt təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Hazırda “Sumqayıt” beş xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. İki xala malik “Araz-Naxçıvan” isə 12-ci yerdədir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью