Sumqayıt ArazNaxçıvanı sınağa çəkəcək

09.01.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Mövsümün ikinci yarısına Azərbaycanda hazırlaşan daha iki Premyer Liqa komandası bu gün sınaq matçında qarşılaşacaq.

Fanat.Az xəbər verir ki, "Araz-Naxçıvan" ilə "Sumqayıt" üz-üzə gələcəklər. 

Görüş Sumqayıtda - Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutacaq. Oyunun saat 15:00-da başlaması nəzərdə tutulub. 

Qeyd edək ki, "Araz-Naxçıvan" hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. “Qırmızı-ağlar” 2 gün sonra - yanvarın 11-də “Səbail”lə gücünü sınayacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью