“Sumqayıt” “Atletiko Mineyro”nun yetirməsini transfer edib

11.08.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sumqayıt" klubu heyətinə yeni futbolçu cəlb edib.

İdman.Biz-in kluba istinadən məlumatına görə, "Sumqayıt" braziliyalı müdafiəçi Renan Santananı sıralarına cəlb edib.

21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Santananın son klubu Portuqaliyanın "Famalikao" komandası olub.

"Atletiko Mineyro" klubunun yetirməsi olan müdafiəçi "Sumqayıt"da 5 nömrəli formanı geyinəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью