“Sumqayıt” Azərbaycan çempionatlarında 70ci ev qələbəsini əldə edib

04.11.2024

Cbcsport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək liqasında 70-ci ev qələbəsini qazanıb.

Bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.

“Gənclik şəhəri” təmsilçisi öz meydanında “Sabah”a qalib gəlib – 1:0. Sumqayıtın eyniadlı təmsilçisi 70-ci qələbəsini 207-ci ev matçında əldə edib. Ölkə çempionatları tarixində 12 komanda öz meydanında 70 və daha çox görüşdə qalib gəlib.

Qeyd edək ki, “Sumqayıt”ın ilk ev qələbəsi 2011-ci il oktyabrın 30-da AZAL-la görüşə təsadüf edib – 2:1.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью