“Sumqayıt” Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb

04.11.2024

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək liqasında 70-ci ev qələbəsini qazanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.

“Kimyaçılar” öz meydanında “Sabah”a qalib gəlib – 1:0. Sumqayıtın eyniadlı təmsilçisi 70-ci qələbəsini 207-ci ev matçında əldə edib. Ölkə çempionatları tarixində 12 komanda öz meydanında 70 və daha çox görüşdə qalib gəlib.

Qeyd edək ki, “Sumqayıt”ın ilk ev qələbəsi 2011-ci il oktyabrın 30-da AZAL-la görüşə təsadüf edib – 2:1.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью