“Sumqayıt” Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu klub oldu Yeni Çağ Media

04.12.2024

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu klubun adına Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, 1/8 finalda üz-üzə gələn “Sumqayıt” və MOİK kollektivlərinin görüşündə meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.

“Gənclik şəhəri” təmsilçisinin qollarını Sertan Taşkın (30), Sənan Muradlı (98) və Rəhim Sadıxov (118) vurub. “Hərbiçilər”in heyətində isə İbrahim Əliyev (64) fərqlənib.

Vaqif Cavadovun rəhbərlik etdiyi “Sumqayıt” növbəti mərhələdə “Sabah”la qarşılaşacaq.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью