Sumqayıt Bakı yolunda sürücülərin kabusuna çevrilən problem aradan qaldırıldı VİDEO

04.11.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə Sumqayıt-Bakı avtomobil yolunda təhlükəli vəziyyətlə bağlı videogörüntü paylaşılıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, videoda Masazır dairəsinə çatmamış körpünün yaxınlığındakı köməkçi yolda yağış sularının axıdılması üçün nəzərdə tutulan 10-dan artıq kanalizasiya quyusunun qapağının olmaması aydın görünür.

Bu isə sürücülər üçün ciddi təhlükə yaradır. Sürücülər lükə düşməmək üçün ani manevrlər etdiklərini, bəziləri isə avtomobillərinin bu səbəbdən zədə gördüyünü bildirirlər.

Problem artıq aradan qaldırılıb və yoldakı lüklər qapaqla təmin edilib.

Baku.tvhttps://baku.tv/embed/282341

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью