Sumqayıt baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək | Icma.az
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sumqayıt" baş məşqçisi Vadim Kuramşınla müqavilə müddətini uzadıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Gənclik şəhər" təmsilçisini yeni mövsümdə də təcrübəli basketbol mütəxəssisi çalışdıracaq.
Qeyd edək ki, Vadim Kuramşın "Sumqayıt" təsis edildiyi dövrdən komandada məşqçi kimi çalışır.
O, ötən mövsümün gedişində baş məşqçi postuna gətirilib. Kuramşının başçılığı altında "Sumqayıt" B qrupunu 4-cü sırada başa vurub.
Pley-in seriyasında isə komda "Sərhədçi"yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu