Sumqayıt baş məşqçisi Saşa İliçlə vidalaşıb

26.05.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Sumqayıt" klubu baş məşqçisi Saşa İliçlə vidalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.

Mütəxəssisin müqaviləsinin müddətinin baş çatdığı bildirilib.

"Kimyaçılar" serbiyalı baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, "Sumqayıt" 2025/2026 mövsümünü 41 xalla yeddinci pillədə başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью