“Sumqayıt” baş məşqçisini açıqladı

09.07.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sumqayıt”ın yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar”ın “sükanı” Filip Kandidoya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.

Kandidonun son iş yeri “Pasuş de Fereyra” olub. Portuqaliyalı mütəxəssis ölkəsində “Boavişta”, “Nasyonal” kimi klublarda da çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью