“Sumqayıt” basketbol komandası baş məşqçisi ilə müqaviləni yeniləyib

01.09.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 1 sentyabr, AZƏRTAC

“Sumqayıt” basketbol komandası baş məşqçisi Vadim Kuramşınla əməkdaşlığı davam etdirəcək.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, onunla 1 illik yeni anlaşma imzalanıb.

Kuramşının başçılığı altında ötən mövsüm “Sumqayıt” B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komanda “Sərhədçi”yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью