“Sumqayıt” braziliyalı ilə yolları ayıracaq İdman və Biz

13.11.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qış fasiləsində "Sumqayıt"ı tərk edəcək legionerlərdən biri artıq məlumdu.

Sport24.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik ötən yay "kimyaçılar"la anlaşan Fernando da Silva ilə yolları ayırmaq qərarına gəlib.

Braziliyalı dayaq yarımmüdafiəçi "gənclik şəhəri"nin təmsilçisinin heyətində ümumilikdə cəmi 5 matça çıxıb və 1 qolun müəllifi olub. Onunla müqavilən müddəti 2026-cı ilin iyununadək nəzərdə tutulub.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi karyerası ərzində Vətənində çıxış etməklə yanaşı, Portuqaliya və Albaniyada legioner həyatı yaşayıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью