“Sumqayıt” braziliyalı oyunçu transfer etdi

05.08.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blakı transfer ediblər. 26 yaşlı yarımmüdafiəçinin son klubu Braziliyanın D seriyasında mübarizə aparan “Ferroviario” olub.

Qeyd edək ki, "Sumqayıt" bu yay Emil Mustafayev ("Polissya", Ukrayna),  Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya), və Jeam Oliveyranı ("Kaşias", Braziliya) da transfer edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью